İran səfirliyi: Tehranda keçirilən erməni olimpiadasında Qarabağdan olan komanda iştirak etməyib

İran səfirliyi: Tehranda keçirilən erməni olimpiadasında Qarabağdan olan komanda iştirak etməyib
  • 18-09-2019, 11:05
  • 13 dəfə oxunub
Reklam

İranda keçirilən 51-ci erməni olimpiadasında Dağlıq Qarabağdan heç bir komanda iştirak etməyib.

Bu barədə "İqtisad.Org"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Səfirliyin İranın rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib. Ümumiyyətlə, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək", - diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd olunub ki, İran Azərbaycanın müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. "İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz", - səfirlikdən vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Azərbaycan KİV-də Tehranda keçirilən erməni olimpiadasında Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan komandanın iştirak etməsi barədə məlumat yayılmışdı.


İran səfirliyi: Tehranda keçirilən erməni olimpiadasında Qarabağdan olan komanda iştirak etməyib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkAvrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindiribVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniyaPAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır“Azsığorta”dan oğurluq olubŞamaxının icra başçısı açıqlama verdiBölgələrdə şimşək çaxıb, yağış yağıbİlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edildiŞamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİYeni "iPhone"ların satış qiymətləri açıqlandıQurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndəribKoronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıbBiləsuvarda narkotacirlər tutulduBakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldıAzərbaycanda istehlak bazarı 4% azalıbAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıbAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubBöyükağa Xantəmirov vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur.