Elina Hacıyevanın ölümünə səbəb olan direktorun şikayəti təmin edilməyib

Elina Hacıyevanın ölümünə səbəb olan direktorun şikayəti təmin edilməyib
  • 8-01-2020, 20:37
  • 10 dəfə oxunub
Reklam

Bakı Apellyasiya Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

İqtisad.Org”un xəbərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın anasının nümayəndəsi Sevinc Əliyeva çıxış edib.

O, Səbail Rayon Məhkəməsinin hökmündən qismən narazı olduqlarını bildirib. Onun sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini sübuta yetirsə də, Sevinc Abbasovaya yüngül cəza verilib. S.Əliyeva cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

O, həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdığı 100 min manatlıq mülki iddianın təmin edilməsini xahiş edib.

Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib: "Sizdən xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın".

Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov zərərçəkmiş tərəfin apellyasiya şikayətiin təmin edilməməsi və müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sevinc Abbasova isə çıxışında bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror çıxışında müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib. O, zərərçəkmiş şəxsin verdiyi şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı hissədə etiraz etməyib.

Məhkəmə müşavirədən sonra qərarını elan edib. Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə S.Abbasova 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub.

Həmçinin məhkəmə S.Abbasovaya elektron qolbaq taxılması barədə hökm çıxarıb.

Bundan başqa, hökmə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı, ümumilikdə, 100 min manatlıq mülki və mənəvi iddiadan 18 500 manat direktordan tutularaq E.Hacıyevanın anasına ödəniləcək.

Hadisə il bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Hökmdən təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
XİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirGüclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılırBakıda evdən 12 000 manat aparıldıAzərbaycan tütün idxal və ixracını 50%-dən çox azaldıb"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladıVaqif Əsədovun bölməsində yeni təyinat“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılıbBaşqırdıstandan Azərbaycana taxılla yüklənmiş qatar göndərildiƏrdoğan bu gün Azərbaycana gəlirDövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMANAzərbaycan əsgəri şəhid olubSalyan rayonunda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anadan olmasının 156-cı ildönümü münasibətilə tədbir keçirilmişdir