Rusiya hərbi rəhbərliyi Pentaqona cavab verib

Rusiya hərbi rəhbərliyi Pentaqona cavab verib
  • 2-09-2016, 23:18
  • 208 dəfə oxunub
Reklam

Rusiya Müdafiə Nazirliyi Pentaqonun Rusiya aviasiyasının bombardmanı nəticəsində İŞİD-in 2 saylı adamı Əbu Məhəmməd al-Adnaninin ölməsi ilə bağlı məlumatları zarafat adlandırmasına münasibət bildirib.
 Rusiya hərbi rəhbərliyi Pentaqona cavab verib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələri ABŞ-ın rəhbərliyi altında “anti-İŞİD koalisiyası” deyilən 60 ölkədən fərqli olaraq, ayrı-ayrı şəxslərin mənasız və bahalı ovu ilə məşğul olmadan Suriyada bütün terrorçuları məhv etməklə məşğuldur: “Üstəlik, çox tez-tez terrorçuların başçıları əvəzinə, ABŞ pilotsuz təyyarəsinin zərbələri altında sadə əfqanlar, pakistanlılar, suriyalılar, irqalılar və digər ölkələrin xalqları qalır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Hava Kosmik Qüvvələrinin avqustun 30-da endirdiyi zərbələrin əsas hədəfi və nəticəsi Əbu Məhəmməd al-Adnani olmayıb, həmin rayonda qərarlaşan İŞİD-ın 40 silahlısından ibarət qrup olub. Pentaqonda Rusiya aviasiyasının 30 avqust tarixindəki zərbələri barədə hansısa faktiki məlumatın olmaması təəccüblü deyil. Artıq bir ildir ki, ABŞ nümayəndələri hər gün Suriyada keçirilən hərbi əməliyyatların Rusiya ilə heç bir halda koordinasiya edilmədiyini və razılaşdırılmadığını bəyan edirlər. Cənablar, bəs o zaman bu məlumatlar sizdə haradandır?..”

Qeyd edək ki, Pentaqondakı mənbə “Reuters”ə açıqlamasında Rusiya aviasiyasının zərbələri nəticəsində terrorçu Adnaninin məhv edilməsi barədə məlumatları “zarafat” adlandırıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır