AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib

AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib
  • 21-09-2019, 02:37
  • 1 006 dəfə oxunub
Reklam

Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün təklif irəli sürüb.

"İqtisad.Org "un məlumatına görə, Xalq yazıçısı Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” mövzusunda keçirilən tədbirdə deyib ki, sosial şəbəkələrdə bəzi xarici dillərdə təhqir ifadələri yazılırsa, həmin ifadəni yazan istifadəçi blok olunur: "Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil bir-üç ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukerberqə, nə də digərlərinə hələ çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin bloklanması üçün müvafiq bir qrup yaradılsın. Fikrimcə, Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır".

Ç.Abdullayev bildirib ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib: "Bu gün Azərbaycanda dünyadan köçən bütün Xalq şairləri və Xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi".

Xalq yazıçısı əsərlərinin Ermənistana qədər yayılmasından da danışıb: "Mənim kitablarımı ermənilər də oxuyur. Hətta əsərlərim Xankəndində, İrəvanda da satılır. Ermənilər mənə feysbukda yazırlar, mən də onlara cavab verirəm".


AYB şair və yazıçıları söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdirSOCAR-AQŞ Türkiyədə qazma aparacaqTerrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan varBakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülübRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: "İŞİD tam nəzarət altındadır"Fransada 11 sentyabr terroruna bənzər terror aktının qarşısı alınıbBirinci vitse-prezident Azərbaycan xalqını təbrik edibƏrdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıbAzərbaycanın Dövlət Müstəqilliyi GünüdürTəhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıb