İrandan Azərbaycana narkotik vasitələr gətirən sərhəd pozucuları saxlanılıb

İrandan Azərbaycana narkotik vasitələr gətirən sərhəd pozucuları saxlanılıb
  • 21-09-2019, 10:54
  • 903 dəfə oxunub
Reklam

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən "İqtisad.Org"a verilən məlumata görə, cari ilin avqust ayında Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram tiryək, 156 qram heroin və 107 qram metamfitamin narkotik vasitələri aşkarlanaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları - 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Sentyabrın 18-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlayıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilmiş və o, şüb­həli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini, 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirib. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çə­kisi 2 kq 245 qr olan heroin narkotik vasitəsi aşkarlanaq götürülüb.


İrandan Azərbaycana narkotik vasitələr gətirən sərhəd pozucuları saxlanılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdirSOCAR-AQŞ Türkiyədə qazma aparacaqTerrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan varBakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülübRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: "İŞİD tam nəzarət altındadır"Fransada 11 sentyabr terroruna bənzər terror aktının qarşısı alınıbBirinci vitse-prezident Azərbaycan xalqını təbrik edibƏrdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıbAzərbaycanın Dövlət Müstəqilliyi GünüdürTəhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıb