Leyla Məmmədova: "2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirmək istəyirik"

Leyla Məmmədova:
  • 21-09-2019, 12:27
  • 1 039 dəfə oxunub
Reklam

“Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən kəndə” layihəsi çərçivəsində həyata keçirilən aqro ekoturizm layihəsi ilə bağlı İsmayıllıya və Şəkiyə müxtəlif turlar təşkil edilir".

Bunu “İqtisad.Org”a “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

L.Məmmədova qeyd edib ki, ümumilikdə, 10-a yaxın aqro ekoturizm turu həyata keçirilib: "Hazırda aqro ekoturizmdə iştirak edə biləcək 20-dən çox fermerlərlə danışıqlara başlamışıq. Danışıqlar fermer təsərrüfatlarının layihəyə cəlb edilməsi istiqamətindədir”.

O əlavə edib ki, vətəndaşlarla yanaşı, İtaliyadan, Fransadan, Ekvadora məxsus adalar qrupu Qalapaqosdan da həyata keçirdiyimiz turlarda iştirak etmək üçün qeydiyyatdan keçən və iştirak edən turistlər var. Belə ki, məqsədimiz regionlara dəstək göstərmək və 2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirməkdir”.

L.Məmmədovanın sözlərinə görə, Azərbaycanda turizm sahəsi son illər inkişaf edir: “Ölkəyə gələn turistlərin sayı və müxtəlifliyi artır. Aqro ekorturizmin təbliği istiqamətində Azərbaycan Dövlət Turizm Agentliyi ilə sıx əməkdaşlıq edirik. Agentlik bizə həmçinin ekspertləri ilə birlikdə maarifləndirmə işlərində dəstək göstərir və xaricdə tanıdılması istiqamətində işlər aparılır”.

Xatırladaq ki, aqro ekoturizimin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinin icrasına iyunun 4-də başlanılıb. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.


Leyla Məmmədova: "2021-ci ilə qədər ölkənin Şimal-Qərb bölgəsində aqro ekoturizmi inkişaf etdirmək istəyirik"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib