GDU-DA YENİ TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLİB

GDU-DA YENİ TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLİB
  • 29-08-2019, 12:38
  • 200 dəfə oxunub
Reklam

Avqustun 29-da Gəncə Dövlət Universitetinin Nizami Gəncəvi zalında ənənəvi olaraq yeni – 2019/2020-ci tədris ilinə hazırlıq ilə əlaqədar tədbir keçirilmişdir.

İqtisad.Org "Gdu.Edu.Az" saytına istinadən xəbər verir ki, tədbirdə universitetin prorektorları, dekanları, kafedra müdirləri və şöbə müdirləri iştirak etmişlər. Toplantını universitetin rektoru, prof. Yusif Yusibov giriş sözü ilə açaraq tədbir iştirakçılarını yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, eyni zamanda, universitetimizin fəaliyyəti, əldə etdiyi nailiyyətlər və perspektivdə duran məsələlərlə bağlı çıxış etmişdir.
Universitetin rektoru, prof. Yusif Yusibov çıxışı zamanı bir çox məsələləri də qeyd etdi. İlk olaraq bütün universitet əməkdaşlarını 2019-2020 ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan təşkilatlar arasında qəbul olan tələbələrin faiz nisbətində ölkədə birinci yeri tutması münasibəti ilə təbrik etdi. O, bu uğuru çox yüksək qiymətləndirdi və bu uğurun illərdi gözlənildiyini qeyd etdi. Bu uğurla yanaşı eyni zamanda daha bir uğurumuzun köçürülən tələbələrlə bağlı olduğunu qeyd etdi. Belə ki, universitetimiz köçürüən tələbələrin sayına görə də ölkə universitetləri arasında birinci yerdə gedir. Rektor, Yusif Yusibov universitet əməkdaşlarının birgə səyi nəticəsində bu uğurların qazanıldığını qeyd etdi və hər kəsə bu uğurların daimi olması üçün əlindən gələni etməsini tövsiyyə etdi.
Eyni zamanda rektor, Yusif Yusibov 2020-2025-ci illər üçün universitetin Strateji Planının hazırlanması üçün yeni tərkibdə Komissiyanın yaradılacağını qeyd etdi. Yaradılacaq komissiyaya sədrliyin rektorun özü tərəfindən aparılacağını qeyd edərək, hər kəsin bu məsələdə əlindən gələni edəcəyini bildirdi. O, önümüzdə duran növbəti 5 ildə universitetin daha da yüksək uğurlar qazanması üçün mükəmməl səviyyədə Strateji Plan hazırlanmasının vacibliyini qeyd etdi.
Rektor, Yusif Yusibov universitetin yeni tədris ilinə hazırlığı ilə bağlı aparılan təsərrüfat işləri ilə bağlı da məlumat verdi. Qeyd etdi ki, universitetin yataqxanalarında aparılan təmir işləri dayanmadan davam edir. Yataqxanaların təmirində xeyli sayda işçi işləyir. İlin sonuna təmir işlərinin yekunlaşacağını, yataqxanalarda 700-ə yaxın tələbənin yerləşdiriləcəyini qeyd etdi. Rektor, Yusif Yusibov bu yataqxanalarla yanaşı yeni tədris binasının həyətində yerləşən yataqxanada da Türkiyə Respublikasının TİKA Agentliyinin dəstəyi ilə yaxın günlərdə təmirə başlayacağını qeyd etdi. O, yataqxanaların təmiri bitdikdən sonra universitetin uğurlarının daha da artacağına inandığını söylədi.
Rektor, Yusif Yusibov eyni zamanda universitetidə əmək intizamını yüksəltmək məqsədilə aparılan işlərlə bağlı da məlumat verdi. O, əsas tədris binasında qurulan 24 ədəd yeni nəzarət kameraları və girişdə quraşdırılmış turniket haqqında məlumat verərək yaxın zamanda universitetin bütün tədris binalarında da bu kimi kamera və turniket sistemlərinin qurulacağını diqqətə çatdırdı.
Sonda tədris və təlim texnologiyaları üzrə prorektor, dos. Fəxrəddin Məmmədov Gəncə Dövlət Universitetində yeni tədris ilinə və akkreditasiyaya hazırlıqla bağlı aparılan işlər haqqında məruzə ilə çıxış etdi.


GDU-DA YENİ TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLİB

GDU-DA YENİ TƏDRİS İLİNİN İLK İCLASI KEÇİRİLİB

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib