GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB
  • 9-09-2019, 16:04
  • 327 dəfə oxunub
Reklam

Gəncə Dövlət Universitetində 2019 – 2020 – ci tədris ilinə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirilib.


İclasda universitetin rektoru, professor Yusif Yusibov, prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər.

İqtisad.Org "Gdu.Edu.Az" saytına istinadən xəbər verir ki, tədbiri açan rektor Yusif Yusibov əvvəlcə ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti və uğurlardan danışıb.

Bildirilib ki, 2018 – 2019 – cu tədris ili Gəncə Dövlət Universiteti üçün yüksək nailiyyətlərlə şərtlənib. Universitet əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət təhsil siyasətinin müsbət nəticələrindən bəhrələnib. Belə ki, ötən tədris ilində ali təhsil müəssisəsinin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib. Gəncə Dövlət Universitetinin yerli və xarici elm-təhsil mərkəzləri ilə icra etdiyi çoxtərəfli beynəlxalq proqramlar vasitəsilə universitetdə bir sıra mərkəzlər yaradılıb və onların fəaliyyəti təmin edilib. Beynəlxalq əlaqələr şöbəsinin vasitəsilə akademik və tələbə mübadilə proqramlarına cəlb edilən professor-müəllim heyətinin və tələbələrin sayı artıb.

Rektor ötən tədris ilinin müzakirəsində Gəncə Dövlət Universitetində elm və tədris sahəsindəki nailiyyətləri, həmçinin universitet gənclərinin ictimai – sosial, mədəni fəaliyyəti və idman uğurlarını qeyd edib.

Sonra universitetin 2019-2020-ci tədris ilinə hazırlıq vəziyyəti, ali təhsil müəssisəsinin qarşısında duran vəzifələr və onların həlli yolu təhlil və müzakirə olunub.

Bildirilib ki, bu il universitetdə keçiriləcək akkreditasiya ilə əlaqədar olaraq zəruri işlər icra olunub. Bunun üçün universitetin strateji fəaliyyət proqramı hazırlanıb, akademik heyətin yeni qaydalarla yaxından tanış olması üçün təlimlər keçirilib.

Rektor Yusif Yusibov hazırda universitetin tələbə şəhərciyindəki tələbə yataqxanalarında aparılan əsaslı yenidənqurma, təmir və bərpa işləri haqqında kollektivə məlumat verib. Qeyd edilib ki, bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan tələbə şəhərciyində 3 ədəd beşmərtəbəli binada gənclərin sosial həyatının inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün müasir şərait yaradılacaq.

Daha sonra universitetin tədris korpuslarının, auditoriya və laboratoriyalarının, kitabxana və oxu zallarının yeni tədris ilinin başlanmasınadək tam hazır vəziyyətə gətirilməsi, bir sıra yeniliklərin tətbiq edilməsi ilə bağlı tapşırıqlar verilib, akademik heyətin, xüsusən də bu il əmək fəaliyyətinə cəlb edilmiş gənc mütəxəssilərin daim öz üzərlərində çalışaraq, bilik və bacarıqlarını müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsi tövsiyyə olunub.

Sonda təkliflər səsləndirilib, bir sıra məsələrin həlli ilə əlaqədar tapşırıqlar verilib.


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YENİ TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLİB

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Müdafiə Nazirliyi: "Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib"Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladıYaponiyada virusa yoluxanların sayı artırMüdafiə Nazirliyi: "Hər hansı ərazi itkisinə yol verilməyibİranda neft emalı zavodu yanırCənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdıBank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir“Azsığorta”dan oğurluq olubVəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlarAzərbaycanda 135 mindən çox vergi ödəyicisi dövlət dəstəyi üçün müraciət edibAzərbaycan içki ixracını 48%-dən çox azaldıbDünya iqtisadiyyatının bu il çəkdiyi zərər açıqlandıAyda dağların formalaşması səbəbi müəyyən edilibAzərbaycanda otellərin gəliri 16% azalıbMaldiv Respublikası əcnəbi turistləri qəbul edəcəkQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbAzərbaycanın tədiyyə balansında kəsir yaranıbMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbAMB ADIF-ə 480 milyon manat kredit verəcək