DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin universitetlərə qəbuluna süni maneələr yaradılır

DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin universitetlərə qəbuluna süni maneələr yaradılır
  • 24-09-2019, 00:36
  • 35 dəfə oxunub
Reklam

2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 90.69%-i Azərbaycan, 9.32%-i isə rus bölməsinin abituriyentləri olub.

İqtisad.Org” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumata görə, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 70.09, maksimum 91.60%-ni, rus bölməsinin abituriyentləri isə minimum 8.40, maksimum 29.91%-ni tuta bilərdilər: “Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

2018-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 52.65% artıb. 2019-cu ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.44%-ni təşkil edib. Bu göstərici 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87%, 2013-cü ildə 56.18% olub.

2013-cü illə müqayisədə son beş ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.


DİM: Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin universitetlərə qəbuluna süni maneələr yaradılır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib