GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
  • 24-09-2019, 12:05
  • 395 dəfə oxunub
Reklam

Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir.

Azercell-in həyata keçirdiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahəsi olacaq.

İqtisad.Org Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə istinadən xəbər verir ki, “Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin əməkdaşlarının tələbələrlə görüşü təşkil edilib.

Rektorun baş müşaviri dosent Asif Cavadov “Azercell Telekom” MMC-nin əməkdaşlarını tələbələrə təqdim edərək, şirkətin həyata keçirdiyi təqaüd proqramının əhəmiyyəti haqqında fikirlərini bildirib.

Əməkdaşlar Vahidə Orucova, Leyla Tağıyeva və İbrahim Əhmədov qeyd ediblər ki, Azercell Telekom MMC tələbələr üçün 2019-2020-ci tədris ili üçün növbəti Təqaüd Proqramına start verir.

Bildirilib ki, öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər “Təqaüd Proqramı”na müraciət edə bilərlər. Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.


GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib