Peşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.

Peşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.
  • 16-12-2019, 01:20
  • 10 dəfə oxunub
Reklam

Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru , AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Şahin Nadir oğlu Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində, bölgədə sayılıb-seçilən ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olmuş, adı çəkilən təhsil müəssisəsində Lenin təqaüdü ilə oxumuş və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1994-2000-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Tovuz rayonundakı Qovlar qəsəbəsində fəaliyyət göstərən qeyri-dövlət Yeyinti Sənayesi İnstitutunda dekan müavini, kafedra müdiri vəzifələrində işləmişdir.

Peşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.


1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda «Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi» mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifəsində çalışmışdır. 2007-ci ildən Gəncə Dövlət Universitetində işləyir.

Ş.N.Xurşudov çoxsaylı elmi əsərlərin müəllifidir. O, müxtəlif miqyaslı elmi-nəzəri və elmi-metodiki konfranslarda iştirak edir və müxtəlif səviyyələrdə nəşr olunan elmi jurnallarda müasir dövrün ən aktual problemlərinə həsr edilmiş 44 məqalənin müəllifi, 25,3 ç.v. həcmində «Sosial-iqtisadi statistika» adlı dərs vəsaitinin və «Milli iqtisadiyyat» adlı tədris proqramının həmmüəlliflərindən biridir. Onun çap olunmuş elmi məqalələri içərisində «Bazar münasibətlərinə keçid şəraitində aqrar-sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi», «Yeyinti sənaye kompleksində ixrac marketinqinin xüsusiyyətləri», «Bazar iqtisadiyyatı şəraitində məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri», «İqtisadiyyatda loqistika sisteminin forma və inkişaf məsələləri», «Azərbaycan Respublikasında investisiya siyasətinin təkmilləşdirilməsi yolları», «Sosial infrastrukturun inkişafında investisiyanın rolu», «Основные пути совершенствование управления логистической системы», «Перспективы создания инновационной системы», «Влияние экономической системы на инновационные отношении», «Ərzaq təhlükəsizliyinin təmin olunması problemləri», «İnvestisiya mühitinin formalaşmasına daxili və xarici amillərin təsiri», «Azərbaycan iqtisadiyyatında turizmin rolu», «Aqrobiznes potensialından səmərəli istifadə problemləri», «Aqrobiznes fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri» və başqaları xüsusi yer tutur.


Peşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.


Ş.N.Xurşudov işlədiyi müddət ərzində özünün təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, insanlarla rəftarı və davranışı, tapşırılan işə məsuliyyətlə yanaşması və digər müsbət keyfiyyətləri ilə başqalarından seçilmiş, Universitet və şəhər miqyasında keçirilən tədbirlərdə, gənc kadrların hazırlanmasında fəal iştirak etdiyinə görə professor-müəllim heyətinin, tələbə kollektivinin və şəhər ictimaiyyətinin rəğbətini qazanmışdır.

Səliqəli görkəmi, gülümsər siması, işgüzarlığı, incə yumor misalları, baməzə atmacaları, çevik təfəkkürü, yaradıcı təxəyyülü, maraqlı söhbətləri, yüksək nitq mədəniyyəti manerası və kreativliyi onun ziyalı ailəsində tərbiyə və təlim görməsindən qaynaqlanır.

Ş.N.Xurşudov tələbələrin azərbaycançılıq, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, yüksək ixtisaslı, dünyanın qabaqcıl hesab olunan ali məktəblərində hazırlanan kadrlarla rəqabət aparmaq qabiliyyətinə malik olan mütəxəssislərin hazırlanmasında fəal iştirak edir. Gəncə Dövlət Universitetinin tələbələri onun düzgün qərarlarını təqdirə layiq bilir. Hisslərini yerli-yerində uzlaşdırması, lazım gəldiyində mülayim lazım gəldiyində ciddi bir xarakterə malik olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və bu çətinlikləri düzgün həll yoluna yönləndirməsi onu həm tələbələrin həm valideynlərin həm də həmkarlarının həmişə diqqətində olub.

Onun Qarabağ müharibəsi əlillərinə, şəhid övladlarına, öz elindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə xüsusi ilə göstərdiyi qayğı və diqqət təqdirəlayiq bir hərəkətdir.

Bu il Gəncə Dövlət Universitetində tələbə qəbulunun planının nəticələrinə görə “İqtisadiyyat və İdarəetmə fakültəsinin” birinci yerdə olması Şahin Xurşudovun fakültə üzrə yaratdığı şəraitdən, öz fəaliyyətini bu ali məktəbin daha da inkişaf etməsinə həsr etməsindən , ətrafında pedoqoji kollektivin düzgün seçilməsinin şərəfli peşəsinin mütəxəsisini yetişdirən təhsil müəssisələrindən olmasını göstərir.


Hər zaman jurnalistlərə olan diqqəti ilə gözdən yayınmayan Şahin Nadir oğlu Xurşudova,və bütün pedoqoji kollektivə "İqtisad.Org" saytının kollektivi və rəhbərliyi adından bu çətin və şərəfli peşəsində uğurlar arzulayır, hər zaman nəaliyyətlərinin sizinlə olmasını diləyirik

Peşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib