"Novatek": Qlobal LNG bazarı 10 ildən sonra 700 milyon tona çatacaq

  • 30-09-2019, 09:50
  • 61 dəfə oxunub
Reklam

Qlobal mayeləşdirilmiş təbii qaz bazarı aşağı qiymətlər səbəbindən yaxın gələcəkdə sürətlə böyüməyə davam edəcək və 10 ildən sonra 700 milyon ton həcminə çatacaq.

"İqtisad.Org" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Novatek" qaz şirkətinin rəhbəri Leonid Mixelson Tokioda açılan LNG istehsalçıları və istehlakçılarının beynəlxalq konfransında bildirib.

"Tez-tez təkrarlayırıq ki, LNG istehlakı üzrə analitiklərin hazırkı proqnozları aşağı hədlə göstərilib, onlar da bunu təsdiqləyirlər. Üç il əvvəl bazarın 2030-cu il üçün proqnozlaşdırılan həcmi 470 milyon ton həcmində hesablanırdı. İndi bu göstəricinin 2025-ci ilə əldə olunacağı gözlənilir, 2030-cu ilə üçün proqnoz isə 550 milyon tondur. Hesablamalarımıza görə, 10 ildən sonra LNG bazarı 700 milyon tona həcminə qədər artacaq", - o deyib.

L.Mixelsenin sözlərinə görə, bu tendensiya səbəbindən qlobal şirkətlər LNG sahəsində aktivlərini artırır.

"Qazın ekoloji üstünlüyü artımda mühüm rola malikdir. Buna Rusiyada, Yaponiyada və bütün dünyada çox diqqət yetirilir", - şirkət rəhbəri söyləyib.

Qeyd edək ki, 2018-ci ilin yekunlarına əsasən, müxtəlif mənbələrə görə, LNG bazarı, təxminən, 315 milyon ton olaraq qiymətləndirilirdi.


"Novatek": Qlobal LNG bazarı 10 ildən sonra 700 milyon tona çatacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdıAzərbaycanın tədiyyə balansında kəsir yaranıb