Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib

Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib
  • 26-09-2019, 11:24
  • 9 dəfə oxunub
Reklam

Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Nazirlikdən "İqtisad.Org"a verilən məlumata görə, görüşdə Təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb.

Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq: "Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir".

Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.

Daha sonra Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə edilib.

Sonda Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.


Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdirSOCAR-AQŞ Türkiyədə qazma aparacaqTerrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan varBakıda çay evində 61 yaşlı kişi çaydanla öldürülübRusiyada plastik paketlərdən istifadə qadağan ediləcəkNyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaqTramp: "İŞİD tam nəzarət altındadır"Fransada 11 sentyabr terroruna bənzər terror aktının qarşısı alınıbBirinci vitse-prezident Azərbaycan xalqını təbrik edibƏrdoğan: "Biz terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək"BMT baş katibi ABŞ və Türkiyənin Suriya üzrə razılaşmasını alqışlayıbAzərbaycanın Dövlət Müstəqilliyi GünüdürTəhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edibBu gün dünyanın diqqəti Ankarada olacaqXəzər dənizi hövzəsində “yaşıl liman” adını qazanan ilk Bakı Limanı olubLatviyanın sabiq prezidenti Azərbaycana gələcəkNazir: "Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq"Kür çayının Neftçaladan keçən hissəsi qadağan olunmuş ov vasitələrindən təmizlənibKİV: Klinsmann Ekvador yığmasının baş məşqçisi olacaqPKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar"YouTube" videohostinqin işində nasazlıq yaranıb