Kənd Təsərrüfatı Nazirliyi bu il 1,3 milyon hektar ərazidə zərərvericilərə qarşı mübarizə aparıb

Kənd Təsərrüfatı Nazirliyi bu il 1,3 milyon hektar ərazidə zərərvericilərə qarşı mübarizə aparıb
  • 30-09-2019, 00:26
  • 65 dəfə oxunub
Reklam

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın, tikanlı quşüzümünün və siçanabənzər gəmiricilərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə kompleks mübarizə tədbirləri aparılıb.

İqtisad.Org”un məlumatına görə, bunu “Fitosanitar sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, respublika üzrə 1 310 005 hektar ərazidə mübarizə aparılıb ki, bunun da 269 004 hektarı büdcə vəsaiti hesabına, 154 445 hektarı mexaniki, 886 556 hektarı isə kimyəvi üsulla olmaqla təsərrüfat subyektlərinin hesabına aparılıb.


Kənd Təsərrüfatı Nazirliyi bu il 1,3 milyon hektar ərazidə zərərvericilərə qarşı mübarizə aparıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: