Nəqliyyat Agentliyi: İlin sonuna qədər Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

Nəqliyyat Agentliyi: İlin sonuna qədər Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq
  • 27-09-2019, 00:22
  • 92 dəfə oxunub
Reklam

Yeni avtobusların gətirilməsi və qovşaqların (HAB) yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq.

"İqtisad.Org "xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur.

"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət olunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Məştağa, Pirşağı istiqamətlərinə yeni avtobusların verilməsi nəzərdən keçirilir", - M. Ağayev bildirib.

O deyib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq.

"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir", - Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi qeyd edib.

M.Ağayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi: "Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".


Nəqliyyat Agentliyi: İlin sonuna qədər Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib