GDU-də XARİCİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

GDU-də XARİCİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
  • 26-09-2019, 22:50
  • 54 dəfə oxunub
Reklam

Gəncə Dövlət Universitetində təhsil alan xarici ölkə vətəndaşları olan tələbələrlə görüş keçirilib.

İqtisad.Org universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə istinadən xəbər verir ki, tələbələrlə görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İnnovasiya Deportamentinin direktoru Vasif Həsənov, Tədris şöbəsinin müdiri Elturan Yusifov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev iştirak ediblər.
Görüşdə çıxış edən universitetin prorektoru Pərvin Kərimzadə tolerant və multikultural ənənələri ilə seçilən ölkəmizdə, həmçinin Gəncə şəhərində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Prorektor multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının əsaslarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ötən tədris ilində Gəncə Dövlət Universitetində müxtəlif xalqlara mənsub əcnəbi tələbələrin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğat kimi dəyərləndirib.
Bu il 36 nəfər əcnəbi tələbənin GDU-da təhsil almaq üçün müraciət etdiyini deyən dosent Pərvin Kərimzadə qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib. Məhz həmin qərara əsasən Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr öz təhsillərini təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən davam etdirəcəklər.
Bildirilib ki, Gəncə Dövlət Universitetinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən bu il Türkiyə, Rusiya və Gürcüstandan olan gənclər öz təhsillərini bu ali təhsil müəssisəsində davam etdirəcəklər.


GDU-də XARİCİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib