Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur
  • 28-09-2019, 15:09
  • 62 dəfə oxunub
Reklam

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur


İqtisad.Org "Salyan-ih.gov.az" saytına istinadən xəbər verir ki, sentyabrın 28-də Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Namiq Əsgərov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq orqanlarının veteranları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Namiq Əsgərov qarşıdan gələn 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prokurorluq orqanlarının əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamış, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində və cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısından söz açan rayon rəhbəri prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.
Salyan rayon prokuroru Firdovsi Nemətli rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirmişdir. Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarını, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini inamla ifadə etmişlər.


Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olmuşdur

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: