Avropa İttifaqının xarici siyasətinin əsas istiqamətləri açıqlanıb

Avropa İttifaqının xarici siyasətinin əsas istiqamətləri açıqlanıb
  • 8-10-2019, 00:42
  • 31 dəfə oxunub
Reklam

Avropa İttifaqı (Aİ) Rusiya davranışını dəyişdirənədək bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirləri qüvvədə saxlamalıdır.

İqtisad.Org” TASS-a istinadən xəbər verir ki, bu barədə noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Parlamentinin iclasındakı nitqi zamanı bildirib.

Diplomat ABŞ ilə münasibətləri yenidən qurmağı, habelə Ukraynanı dəstəkləməyi Aİ-nin əsas xarici siyasəti olduğunu bildirib.

“Əvvəla, Balkanların qərbindəki ölkələrdə islahatlar və inteqrasiya proseslərilə, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməklə, cənubi sərhədlərimizdəki təhdidlərlə məşğul olacağımı, Afrika və Asiya ölkələrilə yeni əhatəli strateji əməkdaşlığı və ABŞ ilə əməkdaşlığımızı inkişaf etdirəcəyimi, trans-Atlantik münasibətlərimizi yenidən qurmağa çalışacağımı bildirməyimə icazə istəyirəm”, - deyən J.Borrel Aİ üçün başlıca məsələnin bu birliyi qoruyub saxlamaq olduğunu diqqətə çatdırıb.

Yeni vəzifədə ilk səfərinin Kosovoya olacağını açıqlayan diplomat bu bölgə ilə Serbiya arasında razılığın əldə olunmasını öncül vəzifə olaraq gördüklərini dilə gətirib.

Xatırladaq ki, Jozep Borrel Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsində italiyalı diplomat Federika Moqerinini əvəz edəcək.


Avropa İttifaqının xarici siyasətinin əsas istiqamətləri açıqlanıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib