Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək
  • 10-10-2019, 00:38
  • 19 dəfə oxunub
Reklam

Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək.

İqtisad.Org” Aİ-nin Bakı nümayəndəliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, ali təhsil ocaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, media təmsilçiləri iştirak edəcək.

Sözügedən məsləhətləşmələr Aİ-nin üzv və tərəfdaş ölkələri arasında bu ilin mayında "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli konfransında başlamış qeyr-rəsmi fikir mübadilələrinin bir hissəsidir.


Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib