Anar Məmmədov: “SOCAR-ın “Petkim”ə investisiyaları 1 milyard dollara çatıb”

Anar Məmmədov: “SOCAR-ın “Petkim”ə investisiyaları 1 milyard dollara çatıb”
  • 11-10-2019, 00:03
  • 35 dəfə oxunub
Reklam

“Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür”.

İqtisad.Org”un məlumatına görə, bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir: “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il “Petkim”ə, təxminən, 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi məbləği 1 milyard dollara çatıb”.

A.Məmmədov əlavə edib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsulu kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istifadəçisi var: “Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon türk lirəsi məbləğində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə şirkət bütün dövrlərin ən böyük məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon lirəyə çatıb”.


Anar Məmmədov: “SOCAR-ın “Petkim”ə investisiyaları 1 milyard dollara çatıb”

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək