Qızıla investisiya qoyuluşunda yeni rekord

Qızıla investisiya qoyuluşunda yeni rekord
  • 14-10-2019, 00:00
  • 14 dəfə oxunub
Reklam

Dünya üzrə investisiya fondlarında saxlanılan qızılın miqdarı sentyabrda 2 min 808 tona çataraq bütün zamanların ən yüksək səviyyətinə çatıb (yeni rekord).


Qlobal iqtisadiyyatın pisləməsi, mərkəzi bankların faiz endirmələri və ticarət müharibələrinin yaratdığı qeyri-müəyyənliklər ilə əlaqədar olaraq "etibarlı liman" kimi qəbul edilən qızıla tələbat artırmaqda davam edir.


"İqtisad.Org" xəbər verir ki, Dünya Qızıl Şurasının dərc etdiyi hesabata görə, sentyabrda qlobal qızıl fondlarına təxminən 3,9 milyard dollarlıq pul axını baş verib. Fondların saxladıqları qızılın miqdarı sentyabrda əvvəlki aya nisbətən 75,2 ton artıb. Beləliklə, fondların portfelindəki qızılın miqdarı son 4 ayda fasiləsiz artaraq ilin əvvəlindən bu yana 13,4 faiz yüksəlib.


Qlobal fondların portfelindəki qızılın miqdarı sentyabrda 2 min 808 tona çatıb və 2012-ci ildəki 2 min 791 tonluq rekordu aşaraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.



Hesabata görə, sentyabrda ən çox qızılı 62 ton olmaqla Şimali Amerika fondları alıblar. Bu fondlara təxminən 3,1 milyard dollar səviyyəsində valyuta girişi olub.


Sentyabrda Avropa fondları isə 7,7 ton qızıl alıb. Bu alşın böyük hissəsi 31 Oktyabrdakı Brexit qərarını gözləyən britaniyalı investorların payına düşüb. Avropa fondlarının ardınca 3,9 tonla Asiya və 1,7 tonla digər bölgələrin fondları gəlir.


Bu ilin 9 aylıq dövründə fondların qızılın miqdarı 368 ton artıb, bu fondlara pul axını 17,9 milyard dollar olub.


Bu ilin yanvar-sentyabr dövründə Şimali Amerika fondları 214,3 ton, Avropa fondları 146,4 ton və Asiya fondları 5 ton alış ediblər.


9 ayda ABŞ fondları 1 min 381,5 ton qızıl alıblar. ABŞ, fondlarında ən çox qızılı olan ölkə olub. ABŞ-ın qızıl fondlarına ilin əvvəlindən bu yana həyata keçirilən pul axını isə 10,5 milyard dollar təşkil edib.



Qızıl alışının artmasının səbəbləri:

1. ABŞ Mərkəzi Bankı (Fed) daxil böyük iqtisadiyyatlarda mərkəzi bankların faiz endirmələri

2.Bir sıra region və ölkədə mənfi faizlərin mövcud olması

3. ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadi artımı azaltması və böhran riski yaratması

4. ABŞ Prezidenti Donald Trampın impiçmentinin (vəzifədən uzaqlaşdırılmasının) gündəmə gətirilməsi

5. Brexit (İngiltərənin Avropa Birliyindən çıxması) üzrə qeyri-meəyyənliklər


Qızıla investisiya qoyuluşunda yeni rekord

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan iqtisadiyyatı 2%-dən çox böyüyübSalyanda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdirAlmaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıbBu gündən Azərbaycanda istilik mövsümünə start verilirErmənistanın ABŞ-da növbəti uğursuzluğu - deputatlar azərbaycanlı jurnalistin suallarına cavab verə bilməyiblərDövlət Neft Fondu 651 min manatlıq proqram təminatı alırDSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülübDİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub - RƏSMİHacı Şahin Həsənli: "Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir"BDU-da ilk dərsin başlamasından 100 il ötürOmbudsman Aparatı Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildiribAzərbaycan nefti bahalaşıbSabahdan məktəblilərin payız tətili başlayırHeydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirirAzərbaycan Ordusunun mövqeləri pulemyotlardan və snayper tüfənglərindən atəşə tutulubNazirlik: Bakıda binada baş verən yanğına görə xəstəxanaya yerləşdirilənlər evə buraxılıblarNaxçıvanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait 2,6 dəfə artıbGələn il Rusiyada "ağıllı dayanacaqlar" inşa ediləcəkBakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb, 10 nəfər xəsarət alıbSaakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib“Facebook” 3 milyarddan çox saxta hesabı silibDələduzluqda təqsirləndirilən "makler" məhkəmə zalında həbs edilib