İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin keçirilməsinin qarşısı alınıb
  • 31-10-2019, 15:26
  • 17 dəfə oxunub
Reklam

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşları Bağırov Nicad Məzaim oğlu və Paşayev Elnur Murad oğlu gömrük nəzarətindən keçən zaman saxlanılıb və onların əl yükləri əsaslı şəkildə yoxlanılıb.

Komitədən “İqtisad.Org ”a verilən məlumata görə, ilk öncə N.Bağırovun əl yükləri rentgen qurğusunda yoxlanılarkən ona məxsus boz rəngli yük çantasının içərisində şübhəli predmetlər müşahidə edilib. Sonra hal şahidlərinin iştirakı ilə onun təqdim etdiyi boz rəngli yük çantasındakı 3 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının içərisindən gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 1137 qram narkotik vasitə - heroin aşkar edilib.

Daha sonra E. Paşayevin əl yükləri rentgen qurğusunda yoxlanılıb. Onun da yük çantasının içərisində şübhəli predmetlər qurğunun müşahidə monitorunda əks olunub. Vətəndaşa məxsus orta həcmli yük çantasının içərisində də 2 ədəd plastik materialdan olan yuyucu vasitə qablarının olduğu müəyyən edilib. Baxış zamanı birinci qabdan, ümumi çəkisi 129 qram narkotik vasitə-heroin, 98 qram psixotrop maddə - metamfetamin, ikinci qabdan isə 378 qram narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DSX hava limanında 2 elektron qapı quraşdırıbBu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıbHeydər Əliyev- xalqın ehtiram ünvanı - MƏQALƏXaçmaz DAİM - də işlər uğurla həyata keçirilir.Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıbƏrdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edibKürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürübGürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıbBaş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıbBu ilin əvvəlindən dünyada 1 trilyon dollar rüşvət verilibAzərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı veribPrezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıbARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənibAlmaniya deportasiya xərclərini tələb edəcəkAzərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıbAzərbaycanın ixrac missiyası DubaydadırAzərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müəyyənləşibRusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunubAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər