Hesablama Palatası: Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir

Hesablama Palatası: Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir
  • 5-11-2019, 12:48
  • 24 dəfə oxunub
Reklam

Hesablama Palatasının apardığı nəzarət tədbirləri nəticəsində bəzi bankların Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürdüyü məlumatların vaxtında işlənilməməsi və qeyri-dəqiq verilməsi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) həmin təşkilatlar tərəfindən verilən problemli kreditlərlə bağlı məlumatlarda uyğunsuzluq və subyektivlik halları müəyyənləşdirib.

İqtisad.Org” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

“Problemli kreditlərlə bağlı verilən məlumatlarla prudensial hesabatlar arasında çoxsaylı uyğunsuzluqlar olmuş, xarakterik təhriflərə və boşluqlara yol verilib ki, bu da kredit təşkilatlarında uçot və hesabat sahəsində ciddi problemlərin mövcud olduğunu, xüsusilə balansdan silinərək balansdankənar hesabda qeydə alınan kredit borclarının uçotdan yayındırıldığını göstərir. Hər iki devalvasiyaya görə 30 bank, 15 ləğv prosesində olan bank və 47 bank olmayan kredit təşkilatı (BOKT) üzrə ümumilikdə 1 003 067 kredit müqaviləsini MBNP araşdırıb və kompensasiya hesablanılaraq ödəniş həyata keçirilir.

Büdcə vəsaitinə olan tələbatın 49,3%-i ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişi üçün kredit təşkilatlarına yönəldilən hissədən, 50,7%-i fiziki şəxslərin sərəncamına yönəldilən, yəni müştərilərə çatacaq hissədən ibarət olub”, - deyə qurum bəyan edib.


Hesablama Palatası: Bəzi banklar problemli kreditlərlə bağlı düzgün məlumat vermir

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Dörd qəsəbədə avtomobil yollarının, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 6 milyon manat ayrılıbAzərbaycanda minik avtomobili istehsalı 3 dəfə artıbBaş Prokurorluq açıqlama yayıbOktyabr ayında Prezident İlham Əliyevin reytinqində yüksəlmə müşahidə olunub - SORĞUMehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcəkSiyavuş Novruzov: "YAP-ın builki bələdiyyə seçkilərində qələbə qazanacağı şəksizdir"Masallıya yeni icra başçısı təyin olunub - SƏRƏNCAMAğcabədiyə yeni icra başçısı təyin edilib - SƏRƏNCAMSabah sulu qar, qar yağacaq, güclü külək əsəcək“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıbŞahin Mustafayev: "2015-ci ildən bəri Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"Azərbaycanda onlayn tətbiqlə bağlı yeni qurğular fəaliyyətə başlayırRamil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edibDünyada ilk dəfə Azərbaycanda İctimai İşlərə Nəzarət Qurğusu istifadəyə verilibAQTA Bakıda bazarda reyd keçirib, kiloqramı 5 manat 50 qəpiyə satılan ət aşkarlanıbƏvəz Qocayev: Azərbaycanda ən müasir yol infrastrukturu qurulur - ÖZƏL FOTOLARDİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıbAzərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır“Facebook”a rəqib sosial şəbəkə yaradılıbTürkiyənin Azərbaycan avtomobil sənayesi ixracı 86% artıbAzərbaycanda tikinti şirkətindən oğurluq edilibErmənistan Baş Qərargahının rəisi işdən çıxarılır