Azərbaycanın antidopinq qanunvericiliyinə dəyişikliklər gözlənilir

Azərbaycanın antidopinq qanunvericiliyinə dəyişikliklər gözlənilir
  • 8-11-2019, 00:36
  • 14 dəfə oxunub
Reklam

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər paketi hazırlayır.

"İqtisad.Org" xəbər verir ki, bu barədə Polşanın Katovitse şəhərindəki Ümumdünya Antidopinq Konfransında iştirak edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib. Onun sözlərinə görə, düzəlişlər kompleks xarakter daşıyır: "Məcəllə Ümumdünya Antidopinq Proqramının əsas sənədidir. Məcəllə və standartlara yenidən baxılması milli antidopinq qanunvericiliyinə ciddi əlavə və dəyişikliklərin edilməsini zəruri edir. "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Qanun və Antidopinq qaydalarından savayı, Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulur. AMADA düzəlişlər paketini yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim edəcək".

Qeyd edək ki, 1500-dən çox şəxsin iştirak etdiyi konfransa AMADA-nın nümayəndə heyəti də qatılıb. Beşinci dəfə keçirilən tədbir Ümumdünya Antidopinq Agentliyinin (WADA) 20 illiyinə təsadüf edir. Əsas məqsədi yeni məcəllə və standartların yekun variantlarını qəbul etməkdir. Bunların sırasına artıq mövcud olan Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq, laboratoriyalar, qadağan edilmiş maddə və üsullar siyahısı, fərdi məlumatların məxfiliyi və qorunması, test keçirmə və təhqiqatlar, terapevtik istifadə üçün istisnalar üzrə standartlar və ilk dəfə qəbul olunan təhsil və nəticələrin emalı üzrə standartlar da daxildir. Sənədlər 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Ümumdünya Antidopinq Məcəlləsi 2004-cü ildən işləməyə başlayıb. Hazırda 2015-ci ilin Məcəlləsi qüvvədədir.


Azərbaycanın antidopinq qanunvericiliyinə dəyişikliklər gözlənilir

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib