Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanılıb - EKSKLÜZİV

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanılıb - EKSKLÜZİV
  • 10-11-2019, 00:41
  • 15 dəfə oxunub
Reklam

“Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq”.

Bunu “İqtisad.Org”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə Sarı xətti tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

“Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb: “Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin indiki planına görə, cənab Prezidentin təsdiqlədiyi “Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək. Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə torpaq sahəsi alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.


Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanılıb - EKSKLÜZİV

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
ABŞ İran generalına sanksiya tətbiq edibYanvarın 20-də Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHIBakı metrosunda ventilyatorların sayı artırılır“Tesla” maşınları daha bir özəlliyə sahib olacaq“SOCAR istiqrazları”nın növbəti faiz ödənişi həyata keçirilibÖtən il 6 minə yaxın KOB subyekti arasında sorğu keçirilibAzərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılırUkraynanın baş naziri istefa veribAQTA qida təhlükəsizliyi qeydiyyatı üçün müraciət edən 405 sahibkarlıq subyektinə mənfi cavab veribBakı dünyanın ən bahalı şəhərləri reytinqinə daxil olub“Alphabet”in bazar dəyəri 1 trilyon dolları keçibHərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilibAzərbaycanın Gürcüstanın yanacaq idxalındakı payı azalıbAQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olubDeputatlığa namizədlərin sayı 1623-ə çatıbİranın ali rəhbəri 8 ildən sonra ilk dəfə Tehranda namaza rəhbərlik edəcəkUşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıbAli Məhkəmənin ən gənc hakiminə yeni vəzifə verilibAzərbaycanda ötən il dövlət xətti ilə ipoteka krediti almaq üçün banklara 7 mindən çox müraciət olub.Azərbaycan klubları 2018-ci ildə futbolçulara 17 milyon avro maaş ödəyibDSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi bu gün başa çatırMəktəblərin qış tətilinin vaxtı açıqlanıb