Respublika Diaqnostika Mərkəzi xəstənin intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb

Respublika Diaqnostika Mərkəzi xəstənin intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb
  • 8-11-2019, 11:23
  • 59 dəfə oxunub
Reklam

Respublika Diaqnostika Mərkəzi xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə ataraq intihar edən şəxslə bağlı rəsmi məlumat yayıb.

Mərkəzdən "İqtisad.Org"a bildirilib ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir:

"Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib.

Xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı".

"Dünya statistikasına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Gülməmmədov İlkin noyabrın 7-də isə müalicə olunduğu Respublika Diaqnostika Mərkəzində 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Respublika Diaqnostika Mərkəzi xəstənin intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İcra başçısı həbs edilən daha bir rayonun prokuroru işdən çıxarıldıAzərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıbBaş Prokurorluq: Prokurorluq əməkdaşının COVID-19-dan ölməsi barədə məlumat yalandırAzərbaycanın Baş Nazirinə yeni köməkçi təyin edildiNazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHIGəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıbBakıda karantini pozan kafe sahibi həbs edildiPrezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"Küveytin əmiri Prezident İlham Əliyevə məktub göndəribAzərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənirTikinti ilə bağlı tələblərdən biri ləğv edildiGömrük 281 kiloqram heroinin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıbBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibAMB ADIF-ə 480 milyon manat kredit verəcəkTbilisidə qazdoldurma məntəqəsində partlayış olub, xəsarət alan varProkurorluq Sabunçudakı qətllə bağlı məlumat yaydıTəhsil Nazirliyi tələbələrin aksiyasına münasibət bildiribOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqXanış həkimin rəhbərliyi altında rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanasında işlər uğurla davam etdirilir.Azərbaycanda aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadılıbOperativ Qərargah: Məhdudiyyətlərin bir qisminin ləğv olunması qərarı qüvvəyə minib