İran 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdığını açıqlayıb

İran 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdığını açıqlayıb
  • 11-11-2019, 11:02
  • 29 dəfə oxunub
Reklam

İran Prezidenti Həsən Ruhani, ölkənin cənubunda 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdıqlarını açıqlayıb.


"İqtisad.Org" xəbər verir ki, Ruhani, "İlk olaraq 2016-cı ildə başlatdığımız yeni neft sahəsi araşdırmalarında ötən həftə nəticə əldə etdik. Bu gün kəşf etdiyimiz yeni neft sahəsinin xəbərini sizlərə vermək istəyirəm. Bu dövlətin, Neft Nazirliyinin və Milli Neft Şirkətinin İran millətinə hədiyyəsidir. 53 milyard barel ehtiyata malik yeni neft sahəsi təsbit etdik",- deyib

İranın Huzistan əyalətinə bağlı Bostan bölgəsindən Umidiyə şəhərinə qədər uzanan bir sahədə yeni neft sahəsi tapdıqlarını qeyd Ruhani, "Yeni neft sahəsi 2 min 400 kilometr genişliyə, 80 metr dərinliyə malikdir və bu neft sahəsi 53 milyard barel həcmindədir" bildirib.

Yeni neft sahəsindən neftin işlənməsi və çıxardılmasına dair danışan Ruhani, "1% nefti çıxardığımız halda bizim neft gəlirimiz 32 milyard dollar təşkil edəcək. Bu nisbəti 10%-ə qaldırdıqda isə neft gəlirimiz 320 milyard dollara çatacaq. Bu səbəbdən lazımlı olan texniki infrastruktura sahib olmalıyıq" deyib


İran 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdığını açıqlayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək