Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı azalıb

Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı azalıb
  • 12-11-2019, 11:51
  • 14 dəfə oxunub
Reklam

Respublikada oktyabr ayı üzrə gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 37 min barel azalaraq 718 min barel olub.

Energetika Nazirliyindən “İqtisad.Org”a verilən məlumata görə, bunun 644 min barelini xam neft, 74 min barelini kondensat təşkil edib. Gündəlik 569 min barel xam neft, 76 min barel kondensat, 9,5 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barel təşkil edib.

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.


Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı azalıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıbTürkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilərPeşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.Liviya təhlükəsizlik səbəbiylə Misirdəki səfirliyini bağlayıbÇin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıbErməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozubMövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıbABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan varYerevanda 3 gənc bıçaqlanıbKİV: ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarırBakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşübABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edirStokholmda minlərlə insan etiraz aksiyası keçiribKXDR müdafiə texnologiyaları sınaqlarının nəticələrindən ABŞ-a qarşı istifadə edəcəkRegionlarda 760 fərdi evə təbii qaz verilibAzərbaycan nefti yenidən bahalaşıbAqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaqRusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaqPalladiumun qiyməti tarixi rekordunu yeniləyib"YouTube" onilliyin ən məşhur kliplərinin adlarını açıqlayıbAzərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb