Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb
  • 12-11-2019, 11:54
  • 155 dəfə oxunub
Reklam

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb.

Bu barədə “İqtisad.Org”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyndəni (AAYDA) bildirilib.

Məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9,3 km təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş , hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranıb. Layihəyə uyğun olaraq, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.

Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasən, alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.

Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır–Düzqışlaq–Mollacəfərli–Xılxına–Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.


Bakı- Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda yük və sərnişin daşıması asanlaşıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı