Azərbaycan vətəndaşı Rusiyada 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan vətəndaşı Rusiyada 9,5 il müddətinə azadlıqdan məhrum edilib
  • 12-11-2019, 12:06
  • 20 dəfə oxunub
Reklam

Rusiyanın Smolensk vilayətində Azərbaycan vətəndaşı Babək Qasımoğlu barəsində hökm çıxarılıb.

"İqtisad.Org" "Kommersant"a istinadən xəbər verir ki, o, bir neçə dəfə sərhədi qanunsuz keçdiyinə görə azadlıqdan məhrum edilib.

Belə ki, 2015-ci ildə miqrasiya xidməti tərəfindən Rusiyaya girişinə qadağa qoyulan B.Qasımoğlu həbsxanada cəzasını çəkdikdən sonra Azərbaycana qayıdıb. O zaman Qasımov soyadı daşıyan şəxs vətənində yeni pasport aldıqdan sonra yeni sənədlə azı 6 dəfə qanunsuz olaraq Rusiya sərhədini keçib.

Nəticədə Azərbaycan vətəndaşı FTX-nin Smolensk vilayəti sərhəd idarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işi açılıb və sərhədi altı dəfə qanunsuz keçmək ittihamı irəli sürülüb.

Nəticədə məhkəmə cinayətlərin məcmusuna görə onu 9,5 il müddətinə azadlıqdan məhrum edib və 90 min rubl (1,41 min manat) cərimələyib. B.Qasımoğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Azərbaycan vətəndaşı Rusiyada 9,5 il müddətinə azadlıqdan məhrum edilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı