Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb

Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb
  • 13-11-2019, 13:46
  • 30 dəfə oxunub
Reklam

Azərbaycanda törəməsi olan Türkiyənin "Zıraat Bankası" bu ilin III rübündə, təxminən, 1 milyard lirə (175 milyon ABŞ dollar) xalis mənfəət əldə edib.

"İqtisad.Org" türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 39% azdır.

Bu ilin 9 ayında isə Bankın xalis mənfəəti 3,8 milyard lirə (660 milyon dollar) təşkil edib ki, bu da illik müqayisədə 32% azdır.

Oktyabrın 1-nə "Zıraat Banka"sının kredit portfeli 432 milyard lirə (75 milyard dollar) olub. Bu, ötən il oktyabrın 1-nə nisbətən 14% çoxdur.

Kreditlərin 310 milyard lirəsi və yaxud 72%-i milli valyutada verilib. Bu isə 1 il əvvəl ilə müqayisədə 19% çoxdur.


Azərbaycanda törəməsi olan Türkiyə bankının mənfəəti azalıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: