Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq

Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
  • 18-11-2019, 12:04
  • 27 dəfə oxunub
Reklam

Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir.

Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?

Bu barədə “İqtisad.Org”a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sisteminin test edildiyini deyib:

“Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bilet satışı saytı həm veb, həm də onlayn uçün işlənib hazırlanıb. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq".

Davud Əliyev
"Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev

“Biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır”.

Onun sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır:

"Gələn ayın birindən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinləri eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə İnternet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Final layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”.


Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı