Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışı olub

Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışı olub
  • 18-11-2019, 12:10
  • 164 dəfə oxunub
Reklam

Azərbaycanın böyük ədibi və publisisti Cəlil Məmmədquluzadənin ev muzeyi təmir olunub.

"İqtisad.Org" xəbər verir ki, muzeyin təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimində Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin deputatları iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev bildirib ki, təmirdən sonra ev muzeyində yeni ekspozisiyalar açılıb:

"Bu gün çox gözəl gündür. Çünki bu gün Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak edirik. Eyni zamanda bu gün böyük ədibin nəslinin davamçıları da bizimlə birlikdədir. Məlumat üçün bildirim ki, ev muzeyində yeni ekspozisiya açılır. Cəlil Məmmədquluzadənin ev muzeyinin böyük xidmətlərindən biri də o olacaq ki, biz ədibin irsi ilə yenidən tanış olacağıq. Ümid edirəm ki, muzey ədibin irsinin zənginləşdirilməsində böyük rol oynayacaq".

AYB sədri Anar Rzayev isə bildirib ki, bu gün də Azərbaycan yazıçıları Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhrələnir:

"Mən hər dəfə bu muzeyə gələndə həm fəxarət hissi keçirirəm, həm də kövrəlirəm. Çünki Cəlil Məmmədquluzadənin ömrünün sonuna kimi bu evdə ağır şəraitdə yaşayıb. O, bu evdə öz balalarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb evi isidirmiş. Bu gün də o ocağın istisi bizi isidir".

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, 68 illik fasilədən sonra Cəlil Məmmədquluzadənin nəslinin nümayəndələri ilk dəfə Azərbaycana, doğma vətənə gəlib:

"Mirzə Cəlilin nəvələri İranda, Polşada, Fransada və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötücəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımı diqqət yetirilməyib. Bu evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə yaşadığı yer olub. Bura Azərbaycanın görkəmli yazıçıları onunla görüşə gəlib".

Daha sonra Martin Cavanşiri çıxış edərək ev muzeyinin açılışında göstərdiyi diqqətə görə təşəkkürünü bildirib:

"Mən təsəvvür etməzdim ki, Cəlil Məmmədquluzadəyə Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq".

Daha sonra ev muzeyinin açılışı olub və qonaqlar muzeylə yaxından tanış olublar.

Qeyd edək ki, ev muzeyi Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yerləşir. Ev muzeyinin təmirinə 2018-ci ilin may ayından başlanılmışdı.

Xatırladaq ki, Martin və Pşemislav Cavanşiri açılış mərasimindən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar. Daha sonra Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət ediblər.


Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışı olub

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edirHavanın temperaturu daha da yüksələcəkAğsudan Körfəz ölkələri və Avropaya ixrac ediləcəkAvrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindiribVolkswagen Bakı Mərkəzindən bayrama özəl kampaniyaPAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır“Azsığorta”dan oğurluq olubŞamaxının icra başçısı açıqlama verdiBölgələrdə şimşək çaxıb, yağış yağıbİlham Əliyev: “Bakıda köhnədən qalan avtobuslar yeniləri ilə əvəzlənir”Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edildiŞamaxının icra başçısı və işçiləri karantindədir - RƏSMİYeni "iPhone"ların satış qiymətləri açıqlandıQurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndəribKoronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği açıqlanıbBiləsuvarda narkotacirlər tutulduBakıda “Kəlbəcər” restoranında karantini pozan şəxslər saxlanıldıAzərbaycanda istehlak bazarı 4% azalıbAzərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıbAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubBöyükağa Xantəmirov vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur.