Azərbaycan Qətərə nar ixrac etməyə hazırlaşır

Azərbaycan Qətərə nar ixrac etməyə hazırlaşır
  • 19-11-2019, 00:04
  • 24 dəfə oxunub
Reklam

“Gələn ildən başlayaraq Azərbaycan Qətərə nar ixrac edə bilər”.

Bunu “İqtisad.Org”a açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

"Bir neçə ay bundan əvvəl Qətərə səfər etmişdik. Bu məsələ ilə bağlı danışıqlar apardıq, görüşlər keçirdik. Hesab edirəm ki, 2020-ci ildən Qətərə nar ixrac edə biləcəyik. İxracın həcmi sifarişdən asılı olacaq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda azərbaycanlı sahibkarlar ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqı ölkələrinə də nar satmağa çalışır: "Artıq Polşaya 4 TIR, Fransaya isə 1 TIR nar göndərilib. Xüsusilə Fransaya ixrac çox böyük çətinliklə həyata keçirilib. Biz bu ölkənin bazarına məhsul çıxarmaq üçün neçə ildir ki, çalışırıq".

Assosiasiya sədri xarici bazarlara nar çıxarmaq istəyən fermerlərə çağırış da edib: "Fermerlər hər bir ölkənin sertifikatlaşma və qida təhlükəsizliyi tələblərinə riayət etməlidirlər. Qablaşdırma da tələblərə uğun olmalıdır. Bəzən sahibkarlar yetişməmiş narı ixrac edərək problemlər yaradırlar. Bu, gələcəkdə yetişmiş narın ixracında da müəyyən problemlər yarada bilər. Məhsul yetişəndən sonar ixrac edilməlidir”.

Xatırladaq ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.

Xatırladaq ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb.



Azərbaycan Qətərə nar ixrac etməyə hazırlaşır

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı