Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması istiqamətində işlər görülür"

Nazir müavini:
  • 19-11-2019, 00:05
  • 7 dəfə oxunub
Reklam

"Hazırda Cəlil Məmmədquluzadənin Bakıda heykəlinin ucaldılması istiqamətində müvafiq işlər görülür".

"İqtisad.Org" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, bu işlərin sonunda Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasına başlanacaq: "Təbii ki, heykəlin ucaldılacağı yer hələ ki, müəyyənləşdirilməyib. Ekspertlərin rəyi ilə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq. Bilirsiniz ki, buna zaman lazımdır. Çünki, əvvəla, heykəllə bağlı müsabiqə təşkil olunacaq. Müsabiqədən sonra heykəlin kimin tərəfindən hazırlanacağı məlum olacaq və yalnız ondan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq. Bilirsiniz ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasını təklif edib. Daha sonra mətbuata açıqlama verən yazıçı Anar heykəlin yerinin Mirzə Ələkbər Sabirin heykəlinin yaxınlığında olmasını məqsədəuyğun hesab edib.


Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması istiqamətində işlər görülür"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir