Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib

Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib
  • 19-11-2019, 11:53
  • 6 dəfə oxunub
Reklam

Abşeron rayonunda bir evdən müxtəlif vaxtlarda 3 dəfə oğurluq edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "İqtisad.Org"a verilən məlumata görə, Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq edilib.

Naməlum şəxslər mənzilə daxil olaraq oradan 59 550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Zərərçəkənlər polisə hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar. Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyaların bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin Abşeron rayonu və digər ərazilərdə oğurluqlarda iştirak edib-etmədikləri istintaq araşdırmalarından sonra məlum olacaq.


Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DSX hava limanında 2 elektron qapı quraşdırıbBu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıbHeydər Əliyev- xalqın ehtiram ünvanı - MƏQALƏXaçmaz DAİM - də işlər uğurla həyata keçirilir.Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıbƏrdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edibKürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürübGürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıbBaş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıbBu ilin əvvəlindən dünyada 1 trilyon dollar rüşvət verilibAzərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı veribPrezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıbARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənibAlmaniya deportasiya xərclərini tələb edəcəkAzərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıbAzərbaycanın ixrac missiyası DubaydadırAzərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müəyyənləşibRusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunubAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər