DİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıb

DİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıb
  • 20-11-2019, 12:18
  • 10 dəfə oxunub
Reklam

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirib.

Bu barədə "İqtisad.Org "a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakinləri Müqabil Məmmədov və əvvəllər məhkum olunmuş Rəşad Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar. M.Məmmədovun üzərində şəxsi axtarış aparılan zaman 47,542 qram narkotik vasitə heroin, 49,862 qram psixotrop maddə metamfetamin, 52,324 qram tiryək və 19,236 qram qurudulmuş marixuana, digər şəxs R.Şükürovdan isə 51,710 qram narkotik vasitə tiryək aşkar edililərək götürülüb. Araşdırma zamanı M.Məmmədov və R.Şükürovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. Onların bir müddətdir ki, yaşadıqları Yevlax rayonundan Bakıya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr gətirdikləri məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


DİN əməliyyat keçirib, Bakıya narkotik və psixotrop maddələr gətirənlər saxlanılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
DSX hava limanında 2 elektron qapı quraşdırıbBu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıbHeydər Əliyev- xalqın ehtiram ünvanı - MƏQALƏXaçmaz DAİM - də işlər uğurla həyata keçirilir.Azərbaycanda Rusiya ilə ortaq dərman istehsalı müəssisəsi açılıbƏrdoğan: "Suriyanın şimalında məcburi köçkünlər üçün yaşayış məntəqələrinin inşasına başlamışıq"ABŞ Serbiya və Venesuela vətəndaşlarına sanksiya tətbiq edibKürdəmirdə “Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurub öldürübGürcüstanda "donuz qripi"nə yoluxma halı qeydə alınıbBaş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıbBu ilin əvvəlindən dünyada 1 trilyon dollar rüşvət verilibAzərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı veribPrezident İlham Əliyev Yeni Suraxanı qəsəbəsində yolların təmirinə 7,8 milyon manat ayırıbARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənibAlmaniya deportasiya xərclərini tələb edəcəkAzərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıbAzərbaycanın ixrac missiyası DubaydadırAzərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müəyyənləşibRusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"Rusiya olimpiadalarda və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunubAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə endirə bilər