Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb
  • 21-11-2019, 21:59
  • 7 dəfə oxunub
Reklam

"Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün daha çox məktəb psixoloqları ilə işləməyə üstünlük veririk. Çünki məktəb psixoloqlarının bütün şagirdlərlə işləmək funksiyası var. Lakin bu məsələdə müəyyən probləmlərimiz var".

"İqtisad.Org" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev e"Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yalnız 64 faizində məktəb psixoloqu var: "Yəni məktəblərdə 2500 psixoloq işləyir. Qalan məktəblərdə isə psixoloq ştatları vakantdır. Məktəblərdə ixtisası psixoloq olan şəxslərə ehtiyac var. Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alıblar".

Sektor müdiri bildirib ki, digər çətinlik həm 150 şagirdi olan məktəbdə, həm də 2000 şagirdi olan məktəbdə cəmi 1 psixoloqun işləməsi məsələsidir: "Hazırda "Təhsil haqqında" qanuna uyğun olaraq "Psixoloji xidmətin təşkili haqqında" qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Orada nəzərdə tutulur ki, psixoloqların sayı şagirdlərin sayına uyğunlaşdırılsın. Hesab edirəm ki, bu bizim işimizə müsbət təsir göstərəcək".

F.Həmzəyev qeyd edib ki, ailələrin məktəblə əlaqəsini genişləndirilmək məqsədi ilə onların ailə vəziyyəti də öyrənilib: "30 minə yaxın ailədə ata ana ayrılıb, əlbəttə bunun da uşaqların psixologiyasına təsiri var. Yaxud müəyyən qisim uşaqlar hər iki valideyndən məhrum olublar. Əlbəttə, belə uşaqların zərərli vərdişlərə yiyələnmə ehtimalı daha çoxdur. Ona görə də belə uşaqları müəyyən edərək onlarla iş aparırıq".

"Deməzdim ki, Azərbaycanda zorakılığa məruz qalma, zərərli vərdişlərə qoşulan uşaqların sayı yox dərəcəsindədir. Əlbəttə belə uşaqlar var. Bizim həmin uşaqların məktəb təlimlərinə cəlbində də müəyyən problemlərimiz olur. Qanunlarımızda bu məsələ ilə bağlı boşluqlar özünü göstərir. Misal olaraq, Azərbaycanda icbari təhsil 9 illikdir. İcbari təhsil səviyyəsində də təhsildən yayınan lar da var. Belə uşaqların əksəriyyəti məhz valideynləri tərəfindən təhsildən yayındırılır. Həmin uşaqlar təsərrüfat və digər işlərə cəlb olunur. Həmin uşaqların icbari təhsilə cəlb edilməsində müəyyən çətinliklərimiz var. Risk faktorlu uşaqları müəyyən etməyə çalışırıq. Hətta məktəblərdə intihara meylli uşaqları da müəyyən edirik. Əsas hədəf və məqsədlərimizdən biri belə uşaqlarla işləməkdir", - nazirlik rəsmisi deyib.


Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıbTürkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilərPeşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.Liviya təhlükəsizlik səbəbiylə Misirdəki səfirliyini bağlayıbÇin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıbErməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozubMövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıbABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan varYerevanda 3 gənc bıçaqlanıbKİV: ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarırBakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşübABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edirStokholmda minlərlə insan etiraz aksiyası keçiribKXDR müdafiə texnologiyaları sınaqlarının nəticələrindən ABŞ-a qarşı istifadə edəcəkRegionlarda 760 fərdi evə təbii qaz verilibAzərbaycan nefti yenidən bahalaşıbAqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaqRusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaqPalladiumun qiyməti tarixi rekordunu yeniləyib"YouTube" onilliyin ən məşhur kliplərinin adlarını açıqlayıbAzərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb