Nazir: "Bu il 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub"

Nazir:
  • 22-11-2019, 10:53
  • 13 dəfə oxunub
Reklam

"Məhkəmə ekspertizası mərkəzi tərəfindən cari ildə 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub və ekspertlər 675 mindən çox suala cavab verməklə qaldırılan məsələlərin 99.5 faiz həllinə nail olub".

"İqtisad.Org"un xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən cari ilin 9 ayında ictimai həyatın müxtəlif sahələri üzrə 1266 normativ hüquqi akt layihəsi hazırlanıb, bundan 2 dəfədən çox layihə isə ekspertizadan keçirilib, Hüquqi Aktların Dövlət Reyestrinə 2200-dən artıq normativ akt daxil edilib: "Həmçinin, əhalinin təmənnasız istifadəsinə verilən milli qanunvericiliyin e-qanun.az və müvafiq reyestrin huquqiaktlar.gov.az internet saytlarına daxil olmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 44% artaraq 1,34 milyonu ötüb".

"Eyni zamanda, iqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat orqanlarının fəaliyyətinin və infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılıb və tərkibi formalaşdırılaraq fəaliyyətə başlanıb", - nazir əlavə edib.


Nazir: "Bu il 41 ekspert ixtisası üzrə 24000-dək iş icra olunub"

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı