Attestat ala bilməyənlər üçün imtahan keçiriləcək

Attestat ala bilməyənlər üçün imtahan keçiriləcək
  • 28-11-2019, 21:12
  • 6 dəfə oxunub
Reklam

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) "İqtisad.Org"a verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bakı şəhəri üzrə eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 20-dək (yalnız iş günləri saat 09:00-dan 12:00-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanlarına gələrkən şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunması vacibdir. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir