YAP Siyasi Şurası deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib

YAP Siyasi Şurası deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib
  • 28-11-2019, 21:22
  • 14 dəfə oxunub
Reklam

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasının yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunub.

"İqtisad.Org" xəbər verir ki, qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunacaq.

Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.

** 11:01

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

"İqtisad.Org"un xəbərinə görə, iclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.

İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.

***09:31

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.

Bu barədə "İqtisad.Org"a YAP-dan məlumat verilib.

Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.


YAP Siyasi Şurası deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı