AİB ilə Azərbaycan arasında kredit müqaviləsi imzalanacaq

AİB ilə Azərbaycan arasında kredit müqaviləsi imzalanacaq
  • 28-11-2019, 21:26
  • 9 dəfə oxunub
Reklam

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan hökuməti ilə “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı – Alt proqram 2” (“İmproving Governance and Public Sector Efficiency Program – Subprogram 2) üçün 250 milyon dollarlıq kredit müqaviləsi imzalamağı nəzərdə tutur.

Bu barədə “İqtisad.Org”a AİB-in Bakı nümayəndəliyindən deyiblər.

AİB Direktorlar Şurası 2017-ci ilin dekabr ayında “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı” üçün 500 milyon dollar məbləğində kredit ayrılmasını təsdiqləmişdi. Bu kredit hərəsi 250 milyon dollar olmaqla iki hissəyə bölünüb. Sözügedən vəsait iqtisadiyyatın daha da şaxələnməsinə yönələn struktur islahatlarının dərinləşdirilməsi üçün bir sıra tədbirləri dəstəkləmək üçün ayrılır.

“Kreditin birinci hissəsi kredit müqaviləsi imzalanan kimi ayrılmışdı. İkinci yarısının ayrılması isə adıçəkilən islahatlara davam ediləcəyi ilə şərtləndirilir”, – hökumətdən bildiriblər.

AİB-də hökumətin dövlət maliyyəsi, dövlət şirkətləri və maliyyə sektorunda korporativ idarəçiliyi sahələrində 22 islahat tədbirinin həyata keçirdiyi qənaətindədir: “Ən mühüm tədbirlərdən biri də dövlət şirkətlərində müasir korporativ qayda və standartların tətbiqi olub”.

Bankın nümayəndəliyindən həmin islahatların ölkə iqtiasadiyyatı üçün uzaq perspektivdəki artımı baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Bu gün AİB Direktorlar Şurası proqram kreditinin ikinci yarısını da ayırmaq qərarını verib. “Beləliklə, 2019-cu ilin sonunadək müvafiq kredit sazişinin imzalanması üçün zəmin hazırlanıb”, - AİB nümayəndəliyindən bildiriblər.

Qeyd edək ki, 20 illik əməkdaşlıq dövründə Asiya İnkişaf Bankı Azərbaycana dövlət və özəl sektorlarına aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard dollara yaxın vəsait ayırıb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıbTürkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilərPeşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.Liviya təhlükəsizlik səbəbiylə Misirdəki səfirliyini bağlayıbÇin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıbErməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozubMövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıbABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan varYerevanda 3 gənc bıçaqlanıbKİV: ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarırBakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşübABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edirStokholmda minlərlə insan etiraz aksiyası keçiribKXDR müdafiə texnologiyaları sınaqlarının nəticələrindən ABŞ-a qarşı istifadə edəcəkRegionlarda 760 fərdi evə təbii qaz verilibAzərbaycan nefti yenidən bahalaşıbAqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaqRusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaqPalladiumun qiyməti tarixi rekordunu yeniləyib"YouTube" onilliyin ən məşhur kliplərinin adlarını açıqlayıbAzərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb