Rusiya-Azərbaycan sərhədində əməliyyat keçirilib, 117 silah götürülüb, 69 nəfər saxlanılıb

Rusiya-Azərbaycan sərhədində əməliyyat keçirilib, 117 silah götürülüb, 69 nəfər saxlanılıb
  • 28-11-2019, 21:27
  • 7 dəfə oxunub
Reklam

Azərbaycan və Rusiyanın Daxili İşlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “İqtisad.Org”a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər, o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib.

Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng, 44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.


Rusiya-Azərbaycan sərhədində əməliyyat keçirilib, 117 silah götürülüb, 69 nəfər saxlanılıb

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıbTürkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilərPeşəkar pedaqoqun,əməli əqidəyə xidmət edəndə.Liviya təhlükəsizlik səbəbiylə Misirdəki səfirliyini bağlayıbÇin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıbErməni silahlı bölmələri atəşkəs rejimini 21 dəfə pozubMövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıbABŞ-da ticarət mərkəzində atışma olub, xəsarət alan varYerevanda 3 gənc bıçaqlanıbKİV: ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarırBakıda “E-manat” ödəniş aparatında tüstüləmə olub, külli miqdarda pul yararsız hala düşübABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edirStokholmda minlərlə insan etiraz aksiyası keçiribKXDR müdafiə texnologiyaları sınaqlarının nəticələrindən ABŞ-a qarşı istifadə edəcəkRegionlarda 760 fərdi evə təbii qaz verilibAzərbaycan nefti yenidən bahalaşıbAqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaqRusiya ilə Yaponiya Aya göndərmək üçün robot hazırlayacaqPalladiumun qiyməti tarixi rekordunu yeniləyib"YouTube" onilliyin ən məşhur kliplərinin adlarını açıqlayıbAzərbaycanda builki pambıq tədarükünün həcmi 294 min tona yaxınlaşıb