Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq

Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq
  • 30-11-2019, 13:22
  • 13 dəfə oxunub
Reklam

Vyetnamın dövlət şirkəti “Binh Son Refining and Petrochemical Co (BSR)” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə 2020-ci ildə 5 milyon barel xam neftin alınması üçün saziş imzalayıb.

İqtisad.Org” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Vyetnam şirkətindən bildirilib.

Məlumata görə, “SOCAR Trading” 2020-ci ilin ilk yarısında BSR-in “Dung Quat” neft emalı zavoduna 5 milyon barel həcmində “Azeri Light” neftini tədarük edəcək.

Şirkətdən bildirilib ki, Azərbaycan xam nefti 2020-ci ildən şirkətin strateji xam neft məhsullarından biri olacaq.

Vyetnam mövcud yataqlarda hasilatın azalması və Çinin dənizdə kəşfiyyat aparmasına mane olan mövqeyi səbəbindən neft idxalını artırıb. Noyabr ayından xam neftin idxalının vergidən azad olunması qərarı qüvvəyə minib. Vyetnamın xam neft idxalı bu ilin 11 ayında ötən ilin müvafiq dövründən 66% artaraq 7,44 milyon tona çatıb.


Vyetnam şirkəti gələn il 5 milyon barel Azərbaycan nefti alacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
"Facebook” və “Google”nin işində nazaslıq yaranıbMoskvada fitnəkar erməni filminin nümayişinin qarşısı alınıbDağıstan rəhbəri Azərbaycana səfər edəcəkDYP sürücülərə müraciət edibSon 3 ildə Gürcüstan Azərbaycandan neft və neft məhsullarının idxalını 26% azaldıbİmişlidə kimliyi dəqiqləşdirilən şəhidin nəşi məzardan çıxarılıbSOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edibBöyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaqAzərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıbHesablama Palatası ARDNF-ə əlavə qızıl almağı tövsiyə edibÖtən il Azərbaycan Gürcüstanın təbii qaz idxalının 87%-ni təmin edibAzərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını 5 dəfədən çox artırıb“Şahdəniz” yatağından kondensat hasilatı 39% artıbÇin investorları Azərbaycanda keramika istehsal etmək istəyirlərİşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olubBakıda bəzi işıqforların iş rejimi dəyişdirilib - SİYAHI“NBC Bank”ın mənfəəti 17% artıbAzərbaycanda korrupsiya azalıb - HESABATPul alarkən görüntüsü yayılan polis əməkdaşı ölübAzərbaycan nefti ucuzlaşmaqda davam edirÖlkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydaları dəyişibAzərbaycan Prezidenti: “Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir”