Suraxanıda ana iki övladını mənzildə tək qoyaraq qapını çöldən bağlayıbmış - RƏSMİ AÇIQLAMA

Suraxanıda ana iki övladını mənzildə tək qoyaraq qapını çöldən bağlayıbmış - RƏSMİ AÇIQLAMA
  • 30-11-2019, 13:30
  • 53 dəfə oxunub
Reklam

Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

"İqtisad.Org"un xəbərinə görə, məlumatda bildirilib ki, noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadənin tüstüdən boğularaq vəfat etmələri faktı ilə bağlı məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınıb, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməyib.

Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb saat 18 radələrində mağazaya gedib və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi dünyasını dəyişib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEOSəudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdiOperativ Qərargah karantində jurnalistlərin hərəkəti ilə bağlı məlumat yaydıAzərbaycanda daha 4 rayona prokuror təyin edildiZakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladıAbşeron Rayon İcra Hakimiyyəti məlumat yaydıBakıda sistem əhəmiyyətli 220 kilovoltluq yeni yarımstansiya tikilibTƏBİB “Semaşko”dakı vəziyyətlə bağlı açıqlama verdiKarantin postunda axtarışda olan şəxs saxlanıldı - RƏSMİBakıda tıxaca səbəb olan əsas yollar genişləndirildiAQTA 99 obyektin fəaliyyətində nöqsan aşkarladı - SİYAHIFHN çimərliklərlə bağlı məlumat yaydıQanunsuz yolla ölkəyə gətirilən mobil telefonlar aşkarlanıbPrezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edibAzərbaycanda bu kişilərə məzuniyyət verilməsi təklif olunurMəhkəmə şirkətə yazılan cəriməni ləğv etdiYeni tikilən modul tipli xəstəxana üçün həkim axtarılırOrqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunacaqBankın külli miqdarda vəsaitini mənimsəmiş vəzifəli şəxsin işi məhkəməyə göndərilibTikinti ilə bağlı tələblərdən biri ləğv edildi“Azərkosmos” mənfəətlə işləməyə başlayıbSahibə Qafarova islahatlardan danışdı