Bərdədə mənşəyi məlum olmayan pendir istehsal edən 2 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə mənşəyi məlum olmayan pendir istehsal edən 2 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
  • 30-11-2019, 13:35
  • 5 dəfə oxunub
Reklam

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan "İqtisad.Org"a verilən məlumata görə, agentliyin əməkdaşları Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib. Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Eyni zamanda Agentliyin əməkdaşları Bərdə rayonu Kələntərli qəsəbəsində vətəndaş Qoçayev Mahir Saday oğluna məxsus pendir istehsalı müəssisəsində də reyd keçiriblər. Yoxlama zamanı sexdə qida təhlükəsiliyi sahəsində mövcud texniki normativ tələblərinin pozulması faktı aşkar edilib.

Qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsində sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədən istehsal və insan istehlakı üçün yararsız olan, eyni zamanda çarpaz çirklənməyə məruz qalan 3 ton 767 litr süd qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib.

Antisanitar şəraitdə fəaliyyət göstərən sexin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir