Milli Məclisin qərarının mətni açıqlanıb - TAM MƏTN

Milli Məclisin qərarının mətni açıqlanıb - TAM MƏTN
  • 2-12-2019, 22:05
  • 5 dəfə oxunub
Reklam

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə parlamentin qərarının mətni açıqlanıb.

“Report” xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Eyni zamanda, bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

Azərbaycan Respublikasının Milli Məclisi ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildirmişlər. Həmin müraciətin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı digər partiyaları təmsil edən deputatların, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyası təmsilçilərinin bu təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan etmişlər.

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq, deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yuxarıda şərh edilənlərə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Konstitusiyasının 98¹-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edilsin".


Milli Məclisin qərarının mətni açıqlanıb - TAM MƏTN

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Sabiq Rabitə naziri səfir Vilayət Quliyevin ittihamlarına cavab veribBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb“Azərişıq” Xırdalanda elektrik enerjisi şəbəkəsini yeniləyirAğdamda gənc oğlan güllələnibÇindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilibPentaqon Yaxın Şərqə 14 min hərbçi göndəriləcəyi ilə bağlı məlumatı təkzib edibBakı Nəqliyyat Agentliyi avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildiribVəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulubDİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"Azərbaycanla Rusiya birgə peyk rabitəsi və yayım xidmətləri göstərəcəkXaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olubMüdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEOAzərbaycanın Macarıstandakı səfiri sabiq naziri oğurluqda ittiham edibBakıda 46 nömrəli marşrutda avtobusların hərəkət sxemi dəyişdirilirAzərbaycan millisinin futbolçusu 3 il müddətinə azadlıqdan məhrum edilə bilər“Azərbaycan Dəmir Yolları” QSC: Hazırda qatarlar cədvəl üzrə hərəkət edirMoldovanın Azərbaycandakı səfiri geri çağırılıbAzərbaycan nefti kəskin bahalaşıbErmənilər atəşkəs rejimini 20 dəfə pozubAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilibÇində 4,5 bal gücündə zəlzələ olubSalyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Dayıkənd kəndində səyyar-qəbul keçirmişdir