Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
  • 12-12-2019, 00:16
  • 2 dəfə oxunub
Reklam

Dekabrın 11-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluqdan "İqtisad.Org"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yaradılan “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, dünya şöhrətli siyasətçi-böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ömrü boyu qəlbi vətən sevgisi ilə döyünən, milli-mənəvi dəyərlərə sıx bağlı olan, azadlığa, müstəqilliyə gedən yolumuzu nurlandıran, daim milləti ilə birlikdə olmaqla, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin beynəlxalq aləmdə və Azərbaycan tarixində rolu, o cümlədən demokratik, hüquqi dövlət quruculuğu və ölkəmizin qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və gördüyü nəhəng işlər barədə ətraflı məlumat verib.

Dahi şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, şərəfli və mənalı ömür yolunun 34 ilini ölkəmizin rəhbəri kimi dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr edən ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. X.Vəliyev bildirib ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.

Bugünkü müstəqilliyimizin əldə olunması məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanması istiqamətində istər açıq, istərsə də gizli şəraitdə gördüyü əhəmiyyətli işlər nəticəsində mümkün olub. Azərbaycanın müstəqilliyinin davamlılığı və suveren siyasət həyata keçirməsi, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan və uğurla davam etdirilən dövlətçilik ənənələrinin sayəsində təmin edilib.

Ulu öndər Heydər Əliyevin istefa verdiyi vaxtdan, yəni 1987-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayında növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövr ərzində ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın iflic vəziyyətə düşməsi, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız ümummilli liderin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdış ölkəmizin müstəqil dövlət kimi varlığını şərtləndirdi və bununla da vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alındı, respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, separatçı meyillərə son qoyuldu, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb.

Bundan sonra, X.Vəliyev dahi lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanan müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan böyük uğurlardan və görülən nəhəng işlərdən, həyata keçirilən hərtərəfli islahatlardan, o cümlədən köklü struktur və kadr islahatlarından, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının davamlı olaraq yaxşılaşdırılmasından söz açıb. Azərbaycanın intibah dövrü olduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, dövlət başçısı İlham Əliyevin yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmizdə ümumi daxili məhsul, bütövlükdə sənaye, o cümlədən mədən sənayesi və qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsulları və sairə istehsalı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artıb, ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna yüz milyardlarla manat həcmində sərmayələr qoyulub və dövlətin valyutası olan manatın məzənnəsinin sabitliyi təmin olunub. Azərbaycan son illər ərzində misli görünməmiş uğurlar əldə edib, ölkənin müasirləşməsi istiqamətində mükəmməl layihələr icra olunub, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb.

Millətinə xidməti həyat amalına çevirilən İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə doğruldaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdiyini qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev ölkə başçısının hər zaman xalqın içində olmasının, mütəmadi olaraq vətəndaşlarla bilavasitə görüşməsinin, onların qayğıları ilə maraqlanmasının, müraciətlərinə xüsusi həssaslıqla yanaşmasının, ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsinin, üzləşdikləri bütün çətinlikləri aradan qaldırmasının dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin təcəssümü olduğunu bildirərək, analoqu olmayan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyətini, adı çəkilən normativ hüquqi aktın yüz minlərlə insanın rifahına müsbət təsirini xüsusi vurğulayıb.

Hərbi prokuror Xanlar Vəliyev həmçinin qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla, dünya dövlətləri sırasında mövqeyini hərtərəfli möhkəmləndirib. Ölkəmizdə gedən sürətli inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Davos Ümumdünya İqtisadi Forumuna əsasən Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşıb. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoyub. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan etibarlı və peşəkar əllərdədir.

Ölkəmizdə bütün sahələrdə uğurlar əldə olunmasını və dövlətimizin hərtərəfli qüdrətlənməsini vurğulamaqla nitqini davam etdirən Hərbi prokuror X.Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xalqımızın, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılması istiqamətindəki zəngin və dəyərli fəaliyyətindən söz açıb. Dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinin, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən olduğunu bildirən X.Vəliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafına və şaxələndirilməsinə xidmət edən 20-25 noyabr 2019-cu il tarixlərdə Rusiya Federasiyasına rəsmi səfərinin mühüm əhəmiyyətini xüsusi vurğulayıb. Hərbi prokuror bildirib ki, ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl nailiyyətlərdə millətinə və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan bu nəcib insanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn misilsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran X.Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə, Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcəkdir.

Çıxışının sonunda X.Vəliyev bildirib ki, mənalı və fədakar həyatı, çoxşaxəli zəngin fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanmış ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır.

Tədbir böyük şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.


Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
20 Yanvarda Bakıda gün ərzində gözlənilən hava şəraiti açıqlanıbPrezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı videoçarx paylaşılıbAzərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"Gürcüstanda 20 Yanvar şəhidinin xatirəsi anılıbPrezident 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Sərəncam imzalayıb“20 Yanvar”ın 30 illiyi necə qeyd olunacaq?Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"20 Yanvar hadisələrindən 30 il ötürBakı - Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar varMSK sədri: "Seçkiləri izləmək üçün 92 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"Almaniya hər il 200 min miqrant qəbul edəcəkBaş Prokurorluqda 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilibErməni silahlı bölmələri atəşkəs rejimini 23 dəfə pozubPKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olubÇində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilərBerlində Liviya üzrə konfransın iştirakçıları birgə bəyanat qəbul ediblərİlon Mask 2050-ci ilə qədər Marsa milyon insan göndərəcəkRusiyada gömrük itlərinin gündə 12 saatdan çox istifadəsi qadağan olunubMaduro ABŞ-la birbaşa dialoqa hazır olduğunu bildiribTramp impiçment üzrə bütün ittihamları rədd edibNazim Ağayev : 20 YANVAR FACİƏSİ AZƏRBAYCAN XALQINA VƏ İNSANLIĞA QARŞI TÖRƏDİLMİŞ DƏHŞƏTLİ CİNAYƏTDİR.Musa Şəkiliyev : 20 Yanvar faciəsi tarixin Qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixidir