Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq

Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq
  • 16-12-2019, 01:19
  • 16 dəfə oxunub
Reklam

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib.

"İqtisad.Org" xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır.

Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

“Aqrar Sığorta haqqında” qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" fərmana əsasən yaradılıb.


Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 2022-ci ilədək 9 milyona çatdırılacaq

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
XİN: Sərhədi qoruyan əsgərin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistan üzərindədirGüclü külək başlayır - XƏBƏRDARLIQAzTV-nin gənc aparıcısı sədr müavini təyin olunduTəqaüdə göndərilən 7 hakimin adı bəlli oldu - EKSKLÜZİVİlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandıQanunsuz qoşulma qaz təsərrüfatına 6,8 mln. manat ziyan vurubHeydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdüAğ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcəkİrandan koronavirusla bağlı ziddiyyətli xəbərlər gəlirMəzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladıGülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılırBakıda evdən 12 000 manat aparıldıAzərbaycan tütün idxal və ixracını 50%-dən çox azaldıb"AzerGold” 3 il ərzində satdığı qızılın və gümüşün həcmini açıqladıVaqif Əsədovun bölməsində yeni təyinat“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılıbBaşqırdıstandan Azərbaycana taxılla yüklənmiş qatar göndərildiƏrdoğan bu gün Azərbaycana gəlirDövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMANAzərbaycan əsgəri şəhid olubSalyan rayonunda ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anadan olmasının 156-cı ildönümü münasibətilə tədbir keçirilmişdir