Regionlarda 760 fərdi evə təbii qaz verilib

Regionlarda 760 fərdi evə təbii qaz verilib
  • 16-12-2019, 01:19
  • 28 dəfə oxunub
Reklam

Dekabrın 13-də Quba rayonunun Küpçalqışlaq qəsəbəsində 113 fərdi yaşayış evinə təbii qaz verilib. Ümumilikdə, Küpçalqışlaq kəndində 7497 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

"İqtisad.Org" bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, Kürdəmir rayonu Qarabucaq kəndində də 280 fərdi yaşayış evi bu gündən etibarən mavi yanacaqla təmin olunub. Rayon üzrə hal-hazırda qaz alan abonentlərin sayı 20 855-ə çatmaqla, qazlaşma 99,4% təşkil edir. Qarabucaq qəsəbəsinin qazlaşdırılması üçün 10 172 metr daşıyıcı orta təzyiqli polietilen, 16 792 metr müxtəlif diametrli polad borularla yerüstü məhəllədaxili qaz xəttləri çəkilib. 280 fərdi evin hər birinə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmçinin Mingəçevir şəhərində “Vaqonlar” adlanan yaşayış massivində isə 260 fərdi yaşayış evinə qaz verilib. Yaşayış massivində 9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində qazlaşdırma işlərinə bu ilin avqust ayının ortalarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq başlanılıb.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki 107 fərdi yaşayış evi də dekabrın 13-dən etibarən mavi yanacaq almağa başlayıb. Burada çəkilən yeni qaz xətlərinin uzunluğu isə ümumilikdə 11 006 metr təşkil edir.

Qeyd edək ki, bütün yaşayış məntəqələrində qaz xətləri əvvəlcədən kipliyə və möhkəmliyə yoxlanılıb. Təbii qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət edilməklə icra olunub.


Regionlarda 760 fərdi evə təbii qaz verilib

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbəsi ilə bağlı paylaşım edibDİN: Maska taxmayanlar qaydanı pozmuş sayılırƏhaliyə ödəmələr bu həftə başlaya bilərKarantin dövründə jurnalistlərin hərəkəti ilə bağlı açıqlamaAzərbaycanda yol hərəkətinin elektron cihazlarla tənzimlənməsi üçün sənəd hazırlanırAzərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatıbKarantin qaydalarını pozan obyekt sahibi həbs olunub, 40 nəfər cərimələnibAlimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMAŞəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edilirAzərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıbBakı sakininin 63 min manatı oğurlandıAzərbaycan iki ayda 3,6 mln. ABŞ dolları dəyərində azot gübrəsi ixrac edibAstarada 28 yaşlı gənc özünü asıbDİN: Postlarda polislər sutkalıq xidmət aparırlarCəlilabadda aptek müdiri və daha 3 nəfər saxlanıldıAzərbaycan nefti yenidən ucuzlaşdıSon 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHIMəhbusların koronavirusa yoluxması xəbərləri ilə bağlı rəsmi açıqlamaBu məmulatlar gömrük rüsumlarından azad edildi - QƏRARAzərbaycanda içməli su ilə bağlı yeni qanun layihəsi qəbul ediləcəkİnternatda böyüyən uşaqlar işlə təmin olunacaqAzərbaycanda tələbə və şagirdlərin sosial müdafiəsi gücləndiriləcək